...

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Hadisə Materials 14 Aprel 2017 19:44 (UTC +04:00)
Bakıda körpələr evində yanğın baş verib.
Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Bakı. Trend:

Bakıda körpələr evində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti