...

Avtomobildə gizlədilən 3000 siqaret müsadirə olunub (FOTO)

Hadisə Materials 17 Aprel 2017 11:55 (UTC +04:00)
Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Avtomobildə gizlədilən 3000 siqaret müsadirə olunub (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti