...

Qohumunu qətlə yetirən şəxsə 18 il cəza verilib

Hadisə Materials 17 Aprel 2017 12:04 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qohumunu qətlə yetirən şəxsə 18 il cəza verilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Seyfullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin may ayında Xətai rayonunda naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş, əvvəllər məhkum olunmuş C.Seyfullayev tutulub. Qətlə yetirilən şəxs C.Seyfullayevin bibisi oğlu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti