...

Prokuror 2 piyadanı öldürən sürücüyə 11 il cəza istəyib

Hadisə Materials 17 Aprel 2017 12:55 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Anar Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror 2 piyadanı öldürən sürücüyə 11 il cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Anar Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 11 il cəza istəyib.

Hakim sön söz üçün təqsirləndirilən şəxsə vaxt verib. Proses aprelin 26-da davam etdiriləcək.

İttihama görə, 2016-cı ilin iyun ayında Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan X-Trail” markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Hadisə nəticəsində xəsarət alan 2 piyada dünyasını dəyişib, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti