...

Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Hadisə Materials 17 Aprel 2017 17:25 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti