...

Sumqayıtda yanğın olub - 20 sakin təxliyə edilib

Hadisə Materials 19 Aprel 2017 09:23 (UTC +04:00)
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.
Sumqayıtda yanğın olub - 20 sakin təxliyə edilib

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti