...

80 min manatı mənimsəyən sabiq AMEA əməkdaşına 8 il cəza verilib

Hadisə Materials 21 Aprel 2017 12:30 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
80 min manatı mənimsəyən sabiq AMEA əməkdaşına 8 il cəza verilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, AMEA-da dizayner vəzifəsində işləyən 1973-cü il təvəllüdlü Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehbarə Sadıxovanın 70 min 50 manatını ələ keçirib.

Bundan başqa, Aliyə Cahangirova M.Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb. A.Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti