...

Paytaxtda mənzildə meyit tapılıb

Hadisə Materials 21 Aprel 2017 14:47 (UTC +04:00)
Yasamal rayonunda mənzildə meyit tapılıb.
Paytaxtda mənzildə meyit tapılıb

Bakı. Trend:

Yasamal rayonunda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü, Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:37-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti