...

Gömrükdə avtomobilin təkərlərində 5000 ədəd siqaret aşkarlanıb (FOTO)

Hadisə Materials 22 Aprel 2017 11:51 (UTC +04:00)
Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Gömrükdə avtomobilin təkərlərində 5000 ədəd siqaret aşkarlanıb (FOTO)

Bakı. Trend:

Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti