...

ABŞ-ın hərbi bazası yaxınlığında partlayışda - 4 ölü, 6 yaralı (YENİLƏNİB)

Hadisə Materials 24 Aprel 2017 18:44 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib
ABŞ-ın hərbi bazası yaxınlığında partlayışda - 4 ölü, 6 yaralı (YENİLƏNİB)

İlk xəbər saat 17:14-də yayımlanıb

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Host əyalətində ABŞ hərbi bazasının yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, partlayış naməlum avtomobilin bazaya yaxınlaşmasından sonra baş verib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün eyni zamanda ABŞ-ın müdafiə naziri Ceyms Mettis Əfqanıstana əvvəlcədən elan olunmamış səfər edib.

Xəbər lenti

Xəbər lenti