...

Rusiyadan ölkəyə qanunsuz gətirilən 7000 siqaret müsadirə olunub

Hadisə Materials 25 Aprel 2017 10:55 (UTC +04:00)
Rusiyadan ölkəyə qanunsuz gətirilən 7000 siqaret müsadirə olunub.
Rusiyadan ölkəyə qanunsuz gətirilən 7000 siqaret müsadirə olunub

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti