...

Yol qəzasından baş verdiyi gizlədilən ölüm hadisəsinin üstü açılıb

Hadisə Materials 25 Aprel 2017 11:57 (UTC +04:00)
Bakıda yol qəzasından baş verdiyi gizlədilən ölüm hadisəsinin üstü açılıb.
Yol qəzasından baş verdiyi gizlədilən ölüm hadisəsinin üstü açılıb

Bakı. Trend:

Bakıda yol qəzasından baş verdiyi gizlədilən ölüm hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti