...

Xızıda əməliyyat keçirilib - narkotik, silah tapılıb

Hadisə Materials 25 Aprel 2017 12:01 (UTC +04:00)
Xızı rayonunda narkotik alverçisi ilə bağlı əməliyyat keçirilib.
Xızıda əməliyyat keçirilib - narkotik, silah tapılıb

BAkı. Trend:

Xızı rayonunda narkotik alverçisi ilə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Xızı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əlaqədar Giləzi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfsər Əsgərovun evinə baxış zamanı 0,235 qram heroin, 22,76 qram marixuana, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti