...

Bakıda polis mayorunu bıçaqlayan dəstəyə cəza - 20 il

Hadisə Materials 25 Aprel 2017 12:06 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda polis mayorunu bıçaqlayan dəstəyə cəza - 20 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror Ə.Həsənova 16 il, Ə.Məhərrəmova isə 4 il həbs cəzası verilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış etmək üçün hakimlərdən vaxt istəyiblər. Növbəti proses mayın 2-də keçiriləcək.

İttihama görə, ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində 1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə istirahət edərkən İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov ora daxil olubvə aralarında mübahisə baş verib. Mübahisəyə Ə.Həsənov da qoşularaq Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaqla dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Onların həyatını xilas etmək mümkün olub.

Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti