...

Şəmkirdə çoban fermada yanıb ölüb

Hadisə Materials 26 Aprel 2017 11:21 (UTC +04:00)
Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.
Şəmkirdə çoban fermada yanıb ölüb

Bakı. Trend:

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.

Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti