...

Lənkəranda ağır yol qəzası baş verib

Hadisə Materials 27 Aprel 2017 04:37 (UTC +04:00)
Lənkəran yolunda ağır yol qəzası baş verib
Lənkəranda ağır yol qəzası baş verib

Bakı. Trend:

Lənkəran yolunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran rayonu, Velədi kəndi ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri ilə “Howo” markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti