...

Paytaxtda yol qəzası - 1 nəfər yaralanıb

Hadisə Materials 27 Aprel 2017 09:47 (UTC +04:00)
Qaradağ rayonunda ağır yol qəzası olub, bir nəfər yaralanıb.
Paytaxtda yol qəzası - 1 nəfər yaralanıb

Bakı. Trend:

Qaradağ rayonunda ağır yol qəzası olub, bir nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti