...

Novxanı bağlarında əməliyyat keçirilib - silah sursat tapılıb

Hadisə Materials 27 Aprel 2017 12:07 (UTC +04:00)
Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib
Novxanı bağlarında əməliyyat keçirilib - silah sursat tapılıb

Bakı. Trend:

Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

B.Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti