...

Abşeronda minik avtomobili yanıb

Hadisə Materials 28 Aprel 2017 08:52 (UTC +04:00)
Abşeron rayonu, Görədil qəsəbəsində yanğın qeydə alınıb
Abşeronda minik avtomobili yanıb

Bakı. Trend:

Abşeron rayonu, Görədil qəsəbəsində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Görədil qəsəbəsində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti