...

Bakıda istirahət mərkəzinin qarşısında 49 yaşlı kişini maşın vurub öldürdü

Hadisə Materials 29 Aprel 2017 12:18 (UTC +04:00)
Bakıda 49 yaşlı piyadanı avtomobil vurub.
Bakıda istirahət mərkəzinin qarşısında 49 yaşlı kişini maşın vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda 49 yaşlı piyadanı avtomobil vurub.

Trend-in məlumatına görə, hadisə aprelin 29-da saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisindəki "Həyat" İstirahət Mərkəzinin qarşısında baş verib.

1968-ci il təvəllüdlü - Dadaşov Tərlan Məmmədağa oğlu istirahət mərkəzinin qarşısından keçərkən naməlum avtomobil tərəfindən vurulub. T.Dadaşov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti