...

Pakistanda avtobus dərəyə düşüb: 11 ölü

Hadisə Materials 30 Aprel 2017 12:04 (UTC +04:00)
Pakistanın şimal-qərbində Yuxarı Dir rayonunda Çitral şəhərinə gedən yolda avtobusun dərəyə düşməsi nəticəsində azı 11 nəfər ölüb
Pakistanda avtobus dərəyə düşüb: 11 ölü

Bakı. Trend:

Pakistanın şimal-qərbində Yuxarı Dir rayonunda Çitral şəhərinə gedən yolda avtobusun dərəyə düşməsi nəticəsində azı 11 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.

Məlumata görə, daha doqquz nəfər qəza nəticəsində xəsarət alıb.

Bildirilir ki, yol yağışdan sonra sürüşkən olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti