Bakı. Samir Əli - Trend:
Şəki rayonunda qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi yaxınlığındakı meşədə baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Balıyev Vidadi Sübhan oğlu öz qaynı, rayonun İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Səfərov Tofiq Məhyəddin oğlunu odlu silahla güllələyərək qətlə yetirib.
Hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı Şəki şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.