...

Qadağan edilən silahın ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 1 May 2017 11:56 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Qadağan edilən silahın ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Mineralnıye Vodı-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb. Bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib.

Təkrar yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında, qablaşdırılmış şəkildə 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış teleskopik dəyənək tipində predmetlər aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən iki ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti