...

"Nardaran işi" məhkəməsində DİN əməkdaşı ifadə verib

Hadisə Materials 1 May 2017 12:52 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Nardaran işi" məhkəməsində DİN əməkdaşı ifadə verib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvləri - Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.

Sonra hakim elan edib ki, proses mayın 8-ə qədər təxirə salınıb.

Qeyd edək ki, 2015-ci il noyabr ayında Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı özünü "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri kimi təqdim edən Taleh Bağırov, dəstənin 17 nəfərlik üzvü saxlanılıb. Daha sonra həmin təşkilatın digər üzvləri kimi təqsirləndirilən Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyev barəsində də həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti