...

Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib

Hadisə Materials 2 May 2017 15:13 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama münasibət bildirən F.Əhmədli özünü təqsirli bilməyib.

F.Əhmədlinin vəkili Əsabəli Mustafayev məhkəmə proseslərinin audio-video çəkilişlə aparılması barədə vəsatət verib. Məhkəmə prosesin çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, mötəbər olmayan sənədlərin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin çağırılması barədə vəsatəti isə baxılmamış saxlayıb.

Daha sonra bir neçə şəxs zərərçəkmiş qismində ifadə verib.

Proses mayın 11-də davam edəcək.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli Azərfon MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti