...

Seyf oğruları saxlanıldı - İçərisində 40 min manat olub

Hadisə Materials 3 May 2017 11:41 (UTC +04:00)
İçərisində 40 min manata yaxın pul olan seyfi oğurlamış Bakı sakinləri tutulublar.
Seyf oğruları saxlanıldı - İçərisində 40 min manat olub

Bakı. Trend:

İçərisində 40 min manata yaxın pul olan seyfi oğurlamış Bakı sakinləri tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38 200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami rayon Polis İdarəsi 25-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti