...

İki yük avtomobili toqquşub: yaralı var

Hadisə Materials 4 May 2017 04:03 (UTC +04:00)
Bakı-Qazax magistral avtomobil yolunun təqribən 10-cu kilometrliyində iki yük avtomobili toqquşub
İki yük avtomobili toqquşub: yaralı var

Bakı. Trend:

Bakı-Qazax magistral avtomobil yolunun təqribən 10-cu kilometrliyində Qaradağ rayonu ərazisində “DAF” markalı yük avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 23:49-da başa çatıb.
Geri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti