...

Külli miqdarda aksiz markasız siqaret müsadirə edilib

Hadisə Materials 4 May 2017 11:57 (UTC +04:00)
Avtomobildəki gizli saxlanc yerlərindən 5400 ədəd siqaret aşkar edilib.
Külli miqdarda aksiz markasız siqaret müsadirə edilib

Bakı. Trend:

Avtomobildəki gizli saxlanc yerlərindən 5400 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə,

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti