...

Yük maşını qoyun sürüsünü vurdu, 82 qoyun tələf oldu

Hadisə Materials 4 May 2017 12:12 (UTC +04:00)
Göygöl rayonunda yük maşını qoyun sürüsünü vurub
Yük maşını qoyun sürüsünü vurdu, 82 qoyun tələf oldu

Bakı. Trend:

Göygöl rayonunda yük maşını qoyun sürüsünü vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub.

Hadisə nəticəsində 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti