...

Salyanda çayda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb

Hadisə Materials 4 May 2017 18:17 (UTC +04:00)
Salyanda çayda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.
Salyanda çayda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb

Bakı. Trend:

Salyanda çayda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Akkuşa çayının Salyan rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıblar.

Nazirlikdən hadisə ilə bağlı əlavə məlumat veriləcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti