...

Dostunun anasına dələduzluq edən şəxsə hökm oxundu

Hadisə Materials 5 May 2017 12:52 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dostunun anasına dələduzluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Rüstəmov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, S.Rüstəmov 2015-ci ildə başqasının əmlakını ələ keçirmək məqsədi ilə Sədaqət Aslanovanın etibarından sui-istifadə edib, onun həbsdə olan oğlu Elvin Aslanovun azadlığa buraxılması vədini verib.

O, E.Aslanovun guya həbsdən azad edəcəyini bildirərək, anasından 12 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, S.Rüstəmov S.Aslanovanın evinin tikinti sənədlərinin rəsmiləşdirəcəyini və order alacağını vəd verərək onun 3 min dollarını alıb.

Qeyd edək ki, E.Aslanovla S.Rüstəmov dost olublar.

S.Rüstəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti