...

Qarət üçün 74 yaşlı qadını qətlə yetirən tutulub

Hadisə Materials 8 May 2017 12:17 (UTC +04:00)
Masallı rayonunda 74 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb.
Qarət üçün 74 yaşlı qadını qətlə yetirən tutulub

Bakı. Trend:

Masallı rayonunda 74 yaşlı qadını qətlə yetirən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 5-də Masallı rayonunun Ərkivan qəsəbəsində 74 yaşlı Gülgəz İsrafilovanın üzərində zorakılıq əlamətləri olan meyiti evində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qarət məqsədi ilə qətli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Qurmanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti