...

Paytaxtda yaşayış binasında yanğın olub

Hadisə Materials 9 May 2017 18:01 (UTC +04:00)
Paytaxtda yaşayış binasında yanğın baş verib.
Paytaxtda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 27 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti