...

Bakıda ağır yol qəzası - ölən var

Hadisə Materials 10 May 2017 05:49 (UTC +04:00)
Bakıda minik avtpmobili ilə yük avtomobili toqquşub
Bakıda ağır yol qəzası - ölən var

Bakı. Trend:

Bakıda minik avtpmobili ilə yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:52-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti