...

Paytaxtda "Mercedes" yanıb

Hadisə Materials 16 May 2017 04:06 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonunda yanğın qeydə alınıb
Paytaxtda "Mercedes" yanıb

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti