...

Baksell-ə məxsus "Nissan" qəza törədib, xəsarət alan var

Hadisə Materials 17 May 2017 07:08 (UTC +04:00)
Zaqatala rayonu ərazisində "Baksell Ltd" MMC-yə məxsus "Nissan" markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb
Baksell-ə məxsus "Nissan" qəza törədib, xəsarət alan var

Bakı. Trend:

Zaqatala rayonu ərazisində "Baksell Ltd" MMC-yə məxsus "Nissan" markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti