...

Kinoloji it avtomobildən narkotik tapdı (FOTO)

Hadisə Materials 17 May 2017 11:23 (UTC +04:00)
Kinoloji it avtomobildən narkotik vasitə aşkar edib.
Kinoloji it avtomobildən narkotik tapdı (FOTO)

Bakı. Trend:

Kinoloji it avtomobildən narkotik vasitə aşkar edib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan ölkəmizə gələn İran vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən nəqliyyat vasitəsinin salonunda aparılan yoxlama zamanı sürücüyə məxsus şəxsi ləvazimatların olduğu əl çantasından üzərində "Pepsi" sözləri yazılan 300 ml-lik qabda xalis çəkisi 0.23 qram təşkil edən narkotik vasitə - metadon aşkar edilib.

Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 2-ci siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti