...

Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə əlaqə kəsilib

Hadisə Materials 17 May 2017 18:03 (UTC +04:00)
Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsi kəsilib, köməksiz vəziyyətdə qalan kənd sakininə yardım edilib.
Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə əlaqə kəsilib

Bakı. Trend:

Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsi kəsilib, köməksiz vəziyyətdə qalan kənd sakininə yardım edilib.

Tend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Əməliyyat saat 13:46-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti