...

Keçmiş məhkum gözəllik salonunun sahibini qarət edib

Hadisə Materials 18 May 2017 11:54 (UTC +04:00)
Bakıda gözəllik salonunun sahibini qarət edən şəxs saxlanılıb.
Keçmiş məhkum gözəllik salonunun sahibini qarət edib

Bakı. Trend:

Bakıda gözəllik salonunun sahibini qarət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva salonun sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.

S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti