...

Masallıda 5 ev yanıb

Hadisə Materials 19 May 2017 19:41 (UTC +04:00)
Masallı şəhərində 5 vətəndaşa məxsus ev yanıb.
Masallıda 5 ev yanıb

Bakı. Trend:

Masallı şəhərində 5 vətəndaşa məxsus ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 770 kvadratmetr olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları və əşyaları 325 kvadratmetr sahədə, dam örtüyü 90 kvadratmetr sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti