...

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb - 31 ölü

Hadisə Materials 24 May 2017 18:19 (UTC +04:00)
Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb - 31 ölü

Bakı. Trend:

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub.

Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.

Xəbər lenti

Xəbər lenti