...

Avtobusda cibgirlik edən şəxs polisə təhvil verilib

Hadisə Materials 25 May 2017 17:02 (UTC +04:00)
Mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür.
Avtobusda cibgirlik edən şəxs polisə təhvil verilib

Bakı. Trend:

Mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sərnişinlərdən biri yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub.

Digər sərnişinlərin köməyi ilə saxlanılan həmin şəxs barəsində qanuni ölçü götürülməsi üçün avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib.

Şübhəli şəxs qismində 15-ci Polis Bölməsinə gətirilənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəhrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti