...

Bakıda 22 180 ədəd xarici markalı siqaret aşkar edilib

Hadisə Materials 27 May 2017 11:23 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bakıda 22 180 ədəd xarici markalı siqaret aşkar edilib

Bakı. Trend:

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22 180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti