...

İki məktəblinin münaqişəsi ölümlə nəticələndi - Masallıda

Hadisə Materials 29 May 2017 12:42 (UTC +04:00)
Masallıda iki məktəblinin münaqişəsi ölümlə nəticələnib.
İki məktəblinin münaqişəsi ölümlə nəticələndi - Masallıda

Bakı. Trend:

Masallıda iki məktəblinin münaqişəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti