...

"Milli Ön"dən pul oğurlayan tutulub

Hadisə Materials 29 May 2017 14:01 (UTC +04:00)
Həmin şəxsin əvvəllər məhkum olunmuş Rəşad Rzayev olduğu məlum olub.
"Milli Ön"dən pul oğurlayan tutulub

Bakı. Trend:

Sumqayıtda "Milli Ön"dən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3-cü məhəllənin ərazisində quraşdırılan "Milli Ön" ödəmə terminalından 296 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini saxlanılıb.

Həmin şəxsin əvvəllər məhkum olunmuş Rəşad Rzayev olduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti