...

Xanım sürücüləri soyanlar yaxalanıb

Hadisə Materials 31 May 2017 16:30 (UTC +04:00)
Mayın əvvəlində Qusarda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
Xanım sürücüləri soyanlar yaxalanıb

Bakı. Trend:

Mayın əvvəlində Qusarda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yaradılmış əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirilib. Onlar Bakıda saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaqa verdikləri ifadələrindən məlum olub ki, onlar daha çox xanım sürücüləri hədəfə alırlarmış. Qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını gözdən qaçırmayan tanışlar avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları şiş alətlə yan şüşəni sındıraraq soyğunçuluq ediblər.

İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti