...

Şəmkirdə "VAZ", Saatlıda 3 otaqlı ev yanıb

Hadisə Materials 5 İyun 2017 08:18 (UTC +04:00)
Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb
Şəmkirdə "VAZ", Saatlıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın saat 03:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Şəmkirdə qeydə alınıb. Şəhərdə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti