...

Dələduz falçı tutulub

Hadisə Materials 6 İyun 2017 11:02 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Dələduz falçı tutulub

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Bakı şəhər sakini 2 nəfər polisə müraciət edərək bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındıqlarını bildiriblər.

Təxirəsalınmadan keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovna olması müəyyən edilib və görülən tədbirlərlə o, tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti