...

Maşallah Əhmədovun məhkəməsi qeyri-müəyyən müddətə təxirə salındı

Hadisə Materials 6 İyun 2017 13:50 (UTC +04:00)
Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Maşallah Əhmədovun məhkəməsi qeyri-müəyyən müddətə təxirə salındı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə ifadə verən "Sahil MTK"nın sahibi Kamil Alıyev bildirib ki, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə görə 27 min manat ödənilib.

Təqsirləndirilən M.Əhmədovla zərərçəkən Yusif Əzizov arasında mübahisə yaranıb. M.Əhmədov bildirib: "Yusif Əzizovla İranda bir yerdə olmuşuq. Daşların qiymətini dəqiq bilir".

"Sahil MTK"nın iş icraçısı Musa Qaybullayev deyib ki, malların alınması və görülən işlə bağlı "Sahil İnşaat Group" MMC arasında müaqavilə imzalanıb.

Ədliyyə Nazirıiyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev isə ifadəsində bildirib ki, onlara qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib: "Sonuncu baxışda göstərilən daşlar ekspertizaya təyin edilməyib. Qiymət orta bazar qiymətinə uyğun müəyyən edilib".

Sonra N.Kərimov vəsatətlə çıxış edərək "Sahil İnşaat Group" MMC ilə M.Əhmədov arasında müqavilə və pulun ödənilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsini istəyib.

Vəkil Ə.Hüseynov vəsatətdə qeyd olunan halların bu cinayət işinə aidiyyatı olmadığını bildirərək təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra hakimlər öz təşəbbüsləri ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı qərar çıxarıblar. Buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti