...

Sumqayıt sakini evində yanıb ölüb

Hadisə Materials 7 İyun 2017 12:30 (UTC +04:00)
Sumqayıt sakini evində yanıb ölüb.
Sumqayıt sakini evində yanıb ölüb

Bakı. Trend:

Sumqayıt sakini evində yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 6-da saat 19 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Hadisədə mətbəxin 12 kvm. yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti